Böyük Britaniya hökuməti Donald Trampın yanvarda ABŞ prezidenti vəzifəsinə başlamasından sonra ABŞ-ın Ukraynaya yardımının davam etdiriləcəyini gözləyir. Bunu Sky News telekanalına müsahibəsində Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib.
“Prezident Tramp etiraf edir ki, ölkələr təhlükəsizliyə güc yolu ilə nail olurlar. NATO kimi alyanslar da eyni şəkildə fəaliyyət göstərir. Mən Birləşmiş Krallıq kimi müttəfiqlərlə birlikdə Birləşmiş Ştatların lazım olduğu qədər Ukraynaya dəstəyini davam etdirəcəyini gözləyirəm” deyib.
Bundan əlavə, Healy ümid etdiyini bildirib ki, ABŞ Trampın rəhbərliyi altında “NATO-dan üz döndərməyəcək”. (Tass)