Böyük Britaniya bu yaxınlarda elan edilmiş hərbi yardım paketinin bir hissəsi olaraq Ukraynaya Paveway IV dəqiq idarə olunan bombalar göndərəcək. Bu barədə The Daily Telegraph məlumat yayıb.
Nəşrin məlumatına görə, ilk dəfə Əfqanıstanda istifadə edilən bu lazerlə idarə olunan bombalar 227 kq döyüş başlığı ilə təchiz edilib. Qəzetin yazdığına görə, onlar F-16 təyyarələrindən, eləcə də Ukrayna Silahlı Qüvvələrində xidmətdə olan sovet istehsalı olan təyyarələrdən buraxıla bilər.
Fevral ayında Böyük Britaniyanın Müdafiə Nazirliyi bombalardan ABŞ-ın Yəməndə husi üsyançılarına qarşı birgə hücumlarında istifadə etdiyini bildirmişdi. (Tass)