Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə xarici işlər nazirləri səviyyəsində çərşənbə günü Londonda baş tutmalı olan danışıqlar təxirə salınıb. Bu barədə əvvəlki xəbərləri Böyük Britaniya Xarici İşlər Nazirliyi təsdiqləyib.
“Ukrayna sülh danışıqları üzrə xarici işlər nazirlərinin görüşü təxirə salınıb. Rəsmi səviyyədə danışıqlar davam edəcək, lakin mətbuata qapalıdır”, – Xarici İşlər Nazirliyinin sözçüsünə istinadən “The Guardian” yazır. (Tass)