Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qırmızı dənizdəki gərginliyi azaltmaq üçün Çini İrana təsir göstərməyə çağırıb. Bu barədə Xarici İşlər Nazirliyinin fevralın 16-da Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan Çinin xarici işlər naziri Vanq İ ilə Kemeron arasında keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.
“Xarici işlər naziri Çini Qırmızı dənizdəki hərəkətlərinə görə husilərə təzyiq etmək üçün İran üzərindəki təsirindən istifadə etməyə çağırıb”, – bəyanatda deyilir. (Tass)