Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmiçiliklə bağlı daha çox hücumları onlar üçün nəticələr verəcək. Bu açıqlama ilə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron çıxış edib.
Kemeron tanınmamış Kosovoya səfəri zamanı sualları cavablandırarkən deyib: “Tamamilə qeyri-qanuni və qəbuledilməz olan gəmilərə hücumlar davam edərsə, dünya iqtisadiyyatı, hər bir ölkənin iqtisadiyyatı zərər görəcək. Bu hücumlar dayandırılmalıdır, əks halda tədbir görüləcək”. Reuters- in sitat gətirdiyi nazir , hansı konkret tədbirlərin müzakirə oluna biləcəyi ilə bağlı aydınlaşdırıcı suala cavab verməkdən yayınıb.
Çərşənbə günü Britaniya Avstraliya, Almaniya, İtaliya, Kanada, ABŞ, Yaponiya və digər beş ölkəyə qoşularaq Husilərə xəbərdarlıq edib. Sənəddə deyilir ki, yeni hücumların nəticələrinə görə məsuliyyət üsyançıların üzərinə düşəcək, onlar əvvəllər əsir götürdükləri gəmini və onun heyətini azad etməlidirlər. (Tass)