Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.
O bildirib ki, Lələtəpənin azad olunması ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də tam nəzarətə keçdi. Ümumilikdə 2 min hektardan artıq ərazi işğaldan azad edildi.
“Aprel döyüşləri nəticəsində həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilər verən düşmənin “məğlubedilməzlik” mifı dağıldı. Bu hadisə həm hərbi, həm də psixoloji baxımdan mühüm dönüş nöqtəsi oldu. Azərbaycan ordusu döyüşlərdə üstünlük qazandı və torpaqların hərbi yolla azad ediləcəyinə inam daha da möhkəmləndi. Bu döyüşlər 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində qazanılan zəfərin əsasını qoydu, həmin qələbəyə aparan yolun başlanğıcı və ciddi sınağı oldu. Beləliklə, 2020-ci ildə Azərbaycan ordusu torpaqlarını tam azad edərək ərazi bütövlüyünü təmin etdi və separatizmə son qoydu. Bundan sonra azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi”, – deyə N.Həsənov vurğulayıb.
Deputat əlavə edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələri yenidən canlanır. İnsanlar doğma yurdlarına qayıdır, yaşayır, işləyir və təhsil alırlar. Yeni infrastruktur, təhsil və səhiyyə müəssisələri yaradılır. Bir sözlə, müharibədən sonra yalnız hərbi deyil, həm də sosial-iqtisadi baxımdan böyük dirçəlişə nail olan Azərbaycan uzun illər viran qalmış ərazilərə yeni həyat gətirib.
