İyun 17, 2025-7:29
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

BP AzMİU-da daha üç laboratoriya açdı

Bu gün BP Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tam təchiz edilmiş üç yeni laboratoriya istifadəyə verib.

Teleqraf xəbər verir ki, layihə ölkədə təhsilin inkişafına və innovasiya potensialının artırılmasına şirkətin daha bir töhfəsidir.

Yeni laboratoriyalar bp-nin AzMİU-ya daha öncə hədiyyə etdiyi üç laboratoriyaya əlavə olaraq universitetin texniki infrastrukturunun genişləndirilməsinə xidmət edəcək. Yeni açılmış laboratoriyalar kaferaların tərkibində fəaliyyət göstərəcək. Ventilyasiya, su təchizatı və istilik texnikasılaboratoriyası “Mühəndis sistemləri və qurğularınıntikintisi” kafedrasının, nasos və nasos qurğuları laboratoriyası “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının, daxili yanma mühərrikləri və hidravlik intiqal laboratoriyası “Texnoloji maşın və avadanlıqlar” kafedrasının nəzdində olacaq.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi ki, ixtisaslaşdırılmış tədris obyektlərinin, infrastrukturun və avadanlıqların mövcudluğu tədris prosesinin müasirləşdirilməsində əsas rol oynayır:

“Bu, ölkə üçün yeni nəsil memar və inşaat mühəndislərinin yetişdirilməsinə zəmin yaratmaqla, qabaqcıl beynəlxalq təcrübələrdən, rəqəmsalvasitələrdən və müasir texnologiyalardan istifadə edərək yeni tədris və təlim metodlarının tətbiqinə imkan verir. Çox məmnunuq ki, Memarlıq və İnşaat Universitetinin texniki imkanlarının artırılmasını dəstəkləmək, ümumilikdə isə Azərbaycanda yüksək keyfiyyətli təhsilin və elmi tədqiqatların inkişafına töhfə vermək imkanımız var.”

Qeyd edək ki, layihənin ümumi dəyəri 170 245 AZN-dir (təxminən100 144 ABŞ dolları).