BP və tərəfdaşlarının dəstəyi arıçılıq təsərrüfatı sahəsində ailə biznesləri yaratmaqla və ölkədə ilk dəfə olaraq bal meşəsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, layihə iki mərhələdən ibarətdir. Layihənin 1-ci mərhələsi 2017-2018-ci ilin martını, 2-ci mərhələ isə 2017-2021-ci ili əhatə edib. Birinci mərhələnin büdcəsi 397 min 900 AZN, ikinci mərhələnin büdcəsi isə 2 milyon 400 min AZN təşkil edib.
Layihə Yevlax, Goranboy, Samux, Şəmkir, Ağstafa və Tovuz rayonlarında ümumilikdə 500 icma üzvünü əhatə edib. Adıçəkilən rayonlardan seçilmiş 530 ailənin (2017-2020) öz şəxsi arıçılıq biznesinə başlaması və onu idarə etməsi üçün lazımi resurslarla o cümlədən avadanlıqlar, təlim və bacarıqlar, davamlı konsultasiya xidməti və monitorinq dəstəyi ilə təmin edilib. Həmin ailələrə 6 mindən çox arı qutusu verilib və nəticədə onlar 2018-2020-ci illərdə öz arılarından təxminən 73 ton bal əldə ediblər.
Bundan başqa, Samuxda arıçılıq üçün 110 min nektar ağacı əkilib və beləliklə də ölkədə ilk bal meşəsi salınıb.