Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spoljaric İsrailin Qəzza zolağındakı hərəkətlərinin nəticələri ilə bağlı kəskin çıxış edib.
“Qəzzada baş verənlərin heç bir əsası yoxdur. İnsanların iztirabları və insan ləyaqətinin alçaldılması çoxdan bütün məqbul normaları – həm hüquqi, həm də mənəvi normaları aşıb”, – təşkilatın mətbuat xidməti onun sözlərini sitat gətirir. Spolyariçin sözlərinə görə, Qəzzanın dinc əhalisi “hərbi əməliyyatlar zamanı və ərzaq almağa çalışarkən amansızcasına öldürülür”. O, beynəlxalq ictimaiyyəti bu faciəyə dərhal son qoymağa çağırıb.
“İstənilən siyasi tərəddüd, dünyanın gözü qarşısında törədilmiş dəhşətlərə haqq qazandırmaq cəhdi müharibə qarşısında insanlığın qorunub saxlanmasında kollektiv uğursuzluq kimi əbədi olaraq qınanılacaq”, – BQXK rəhbəri əlavə edib.
2025-ci il martın 2-dən Qəzza zolağına heç bir humanitar yardım çatdırılmayıb və İsrailin qərarı ilə bütün keçid məntəqələri bağlanıb. May ayında alternativ olaraq, yəhudi dövləti ABŞ-ın dəstəyi ilə Qəzza Humanitar Fonduna (GHF) ərzaq və zəruri malların paylanması mərkəzlərinin təşkili üzrə faktiki inhisarını ötürəcək yeni sxem hazırlayıb. (Tass)