Braziliya prezidenti Luiz İnasio Lula da Silva yüksək rütbəli hökumət nümayəndələrini İsveçrənin Ukrayna ilə bağlı təşkil etdiyi konfransa göndərməyəcək. Bu barədə Braziliyanın “O Globo” qəzeti Braziliya hökumətinin adı açıqlanmayan nümayəndələrinə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Braziliya lideri Ukrayna ilə bağlı konfransda iştirak etmək üçün nə xarici işlər naziri Mauro Vieyranı, nə də Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Selso Amorimi göndərmək niyyətində deyil. Qeyd edilir ki, əsas konsensus kiminsə iştirak etmək üçün göndərilməsidir, lakin qərar qəbul etmə səlahiyyəti olmadan. Qəzetin yazdığına görə, Lula da Silvanın Braziliyanın İsveçrədəki səfiri Klaudiya Fonseka Busini nümayəndə heyətinə rəhbər təyin edəcəyi gözlənilir.
Prezidentin çevrəsindən adını açıqlamayan nümayəndələrin sözlərinə görə, konfransa diplomatın göndərilməsi həm də “onun təşkilatçılarının diplomatik missiya rəhbərlərinin xarici dövlətləri təmsil etməsinə icazə verib-verməməsindən” asılı olacaq. (Tass)