Braziliya Xarici İşlər Nazirliyi İsrailin Dəməşqə endirdiyi zərbələrə görə respublikanın Suriyadakı səfirliyini Livana təxliyə etmək qərarına gəlib. Bunu Dəməşqdəki diplomatik missiyanın rəhbəri Andre Santos deyib.
Diplomatın sözlərinə görə, o, Dəməşqdə qalmaq və fəaliyyətini davam etdirmək niyyətində olub, lakin İsrailin Suriya paytaxtına zərbələrindən sonra səfirliyin bütün əməkdaşlarının təxliyəsi qərara alınıb. Bundan əvvəl Reuters agentliyi yəhudi dövlətinin Dəməşqdəki tədqiqat mərkəzinə hücumları barədə məlumat vermişdir. (Tass)