Braziliya prezidenti Luiz İnasio Lula da Silva Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak etmək və Vladimir Putinlə görüşmək üçün Moskvaya uçub.
“Rusiya və Çində keçiriləcək tədbirlərdə iştirak etmək üçün təyyarəyə minirəm”, – dövlət başçısı mesaja şəkil əlavə edərək X-də yazıb.
Braziliya hökumətinin saytının məlumatına görə, Lula da Silvanın Moskvaya çərşənbə günü saat 19:30-da gələcəyi gözlənilir. Dövlət başçısı Rusiyaya səfərini başa vurduqdan sonra Çinə gedəcək.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat vermişdi ki, Putin mayın 9-da braziliyalı həmkarı ilə ikitərəfli görüş keçirəcək. (Tass)