BRİKS ölkələrinin xarici işlər nazirləri terrorizmin bütün forma və təzahürləri ilə mübarizəyə sadiqliklərini təsdiqləyiblər. Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin Nijni Novqorodda BRİKS xarici əlaqələr qurumları rəhbərlərinin görüşünün yekunları üzrə öz saytında dərc olunmuş birgə bəyanatının mətnində deyilir.
İclas iştirakçıları terrorizmin bütün forma və təzahürlərində, o cümlədən transsərhəd terrorizm və terrorizmin maliyyələşdirilməsi və terrorçular üçün təhlükəsiz sığınacaqların yaradılması ilə mübarizəyə sadiqliklərini təsdiqləyiblər. Onlar təsdiq ediblər ki, terrorizm heç bir din, milliyyət, sivilizasiya və ya etnik qrupla əlaqələndirilməməlidir və terror fəaliyyəti ilə məşğul olan və onlara dəstək verənlərin hamısı beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb edilməlidir.
Nazirlər terrora qarşı sıfır tolerantlığa çağırıb və terrorla mübarizədə ikili standartları rədd ediblər. (Tass)