Britaniya Xarici İşlər Nazirliyi qış dövründə Ukraynanın infrastrukturuna dəstək üçün 142 milyon funt sterlinq (təxminən 193 milyon dollar) ayrıldığını açıqlayıb. Bu barədə ölkə hökumətinin press-relizində deyilir.
Onun sözlərinə görə, 100 milyon funt-sterlinq “cəbhəyanı ərazilərdə mülki şəxslərə həyati əhəmiyyət kəsb edən humanitar yardıma”, həmçinin su və istilik sistemlərinin təmirinə ayrılacaq. Daha 42 milyon funt-sterlinq isə qış ərəfəsində elektrik şəbəkələrinin, qaz və enerji infrastrukturunun təmirinə xərclənəcək.
Bundan əlavə, sentyabrın 5-də bu vəzifəyə təyin edilmiş Böyük Britaniyanın diplomatik departamentinin rəhbəri İvet Kuper ilk xarici səfəri çərçivəsində Ukraynaya səfər edəcək. (Tass)