Kral Donanmasının Dəniz Ticarət Koordinasiya Mərkəzi Somali bölgəsində silahlı şəxslər tərəfindən gəminin ələ keçirildiyi barədə məlumat yayıb.
“UKMTO-ya Somalinin Eil şəhəri yaxınlığındakı qeyri-müəyyən ərazidə ağır silahlı şəxslər tərəfindən gəminin qaçırıldığı barədə məlumat daxil olub. Səlahiyyətlilər araşdırma aparır”, – mərkəzin X sosial şəbəkəsində (keçmiş Twitter) bəyanatında deyilir. (Tass)