Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) Mərkəzi Yəmən sahillərində naməlum şəxslərin gəmiyə hücumu barədə məlumat verib.
“UKMTO Yəmənin Ədən şəhərinin 170 dəniz mili cənub-şərqində baş vermiş insidentlə bağlı məlumatlandırılıb”, – bəyanatda deyilir.
Hadisə hücum kimi qiymətləndirilir. Təfərrüatlar verilməyib. UKMTO gəmilərə ehtiyatlı olmağı tövsiyə edib.
Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra Yəmənin Ənsar Allah (Husi) hərəkatı Fələstində əməliyyata qədər İsraili atəşə tutacaqları və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinin qarşısını alacaqları barədə xəbərdarlıq edib. Ötən ilin noyabrından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər. (Tass)