Böyük Britaniya hökuməti Moskvanın hərəkətlərinə cavab olaraq Rusiyanın Londondakı səfirliyinin əməkdaşının və rusiyalı diplomatın həyat yoldaşının akkreditasiyasını ləğv edib. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Açıqlamada Britaniya Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisinin Rusiya səfirini çağırdığı və Böyük Britaniyanın Moskvanın Britaniya səfirliyinin əməkdaşları və onların ailələrinə qarşı həyata keçirdiyi tədbirləri pislədiyi bildirilib.
“Nəticədə biz rusiyalı diplomatın və diplomatın həyat yoldaşının akkreditasiyasını ləğv etməklə dərhal qarşılıqlı addımlar atırıq”, – Xarici İşlər Nazirliyindən bildiriblər.