Böyük Britaniya Fələstinin HƏMAS radikal hərəkatının tərəfdarlarından Qəzza zolağında xəstəxana binalarının yanında yerləşən hərbi infrastrukturu sökməyi tələb edir. Bu barədə Krallığın xarici işlər naziri Ceyms Kleverli Sky News Arabia telekanalına verdiyi şərhdə bildirib.
“Biz HƏMAS-dan bütün girovları azad etməyi və xəstəxanaların yaxınlığında yerləşən hərbi infrastrukturunu sökməsini tələb edirik” deyən Kleverli deyib: “Hazırda humanitar yardımın HƏMAS yaraqlılarına deyil, fələstinlilərə çatmasını təmin etmək üçün İsraillə işləyirik. Fələstin xalqının indi ehtiyacı olan şey budur.
“Biz İranı yaxından izləyirik və onu bütün regionun təhlükəsizliyinə xələl gətirən hər hansı ehtiyatsız hərəkətlərə qarşı xəbərdar edirik”, – Britaniyanın xarici işlər naziri əlavə edib. (Tass)