İran Yaxın Şərqdə gərginliyi azaltmaq üçün hərəkətə keçməlidir. Bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak İranyönlü qrupların İordaniyanın Suriya ilə sərhədində Amerika hərbi bazalarından birinə hücumunu şərh edərkən deyib.
“Biz [baş verənlərdən] narahatıq və İranı bölgədə gərginliyi azaltmağa davam etməyə çağırırıq” deyən Britaniya hökumətinin başçısı Sky News telekanalında deyib : “Biz regionda sabitliyin və sülhün təmin edilməsində müttəfiqlərimizi güclü şəkildə dəstəkləyirik və bu istiqamətdə fəaliyyətimiz davam edir”. (Tass)