Böyük Britaniyanın işgüzar dairələrinin 15 nümayəndəsindən ibarət nümayəndə heyəti ticarət və investisiya əlaqələrini gücləndirmək məqsədilə Pakistanda səfərdədir. Bu barədə “Pakistan Observer” qəzeti Böyük Britaniya Ali Komissarının müavini (səfir) Sara Muniyə istinadən məlumat yayıb.
“Böyük Britaniya ilə Pakistan arasında ticarət artıq təsir edici sürətlə artır” deyən nəşr diplomatdan sitat gətirir: “Bu nümayəndə heyəti [Londonun] artan ticarət və investisiya kontekstində bizim üçün açılan artan imkanlara marağını açıq şəkildə nümayiş etdirir. Böyük Britaniya ticarəti daha ədalətli və hamı üçün asanlaşdıran dəyişiklikləri dəstəkləyərək Pakistan hökuməti ilə işləməyə davam edəcək”.
Nəşrin məlumatına görə, Birminqem, Qərbi və Şimali Yorkşir ticarət palatalarının sədrlərinin daxil olduğu nümayəndələr Pakistanın biznes mühiti və yerli məhsulların idxalı üçün xüsusi bazar tələbləri haqqında məlumat əldə edəcəklər.
Pakistan Observer-in məlumatına görə, Böyük Britaniya Pakistanın üçüncü ən böyük ticarət tərəfdaşıdır, ümumi ticarəti 4,3 milyard funt sterlinq (təxminən 5,45 milyard dollar) təşkil edir. (Tass)