Böyük Britaniyada fəaliyyətini davam etdirən sonuncu kömür elektrik stansiyası sentyabrın 30-da bağlanıb. Ölkənin energetika nazirinin müavini Maykl Şenksin qeyd etdiyi kimi, bu, onlardan birincisinin açılışından 142 il sonra baş verib.
Lordlar Palatasının üzvü və Ətraf Mühit Nazirliyinin keçmiş rəhbəri (1993-1997) Con Qummer BBC-yə deyib: “Böyük Britaniyanın bütün gücünün kömürə əsaslandığını nəzərə alsaq, bu, həqiqətən əlamətdar gündür”.
Nottingemşir ştatının Ratcliffe-on-Soar şəhərində 1968-ci ildən fəaliyyət göstərən elektrik stansiyası planlaşdırıldığından bir il tez bağlandı. Beləliklə, Böyük Britaniya elektrik enerjisi istehsalı üçün kömürdən istifadəni tamamilə dayandıran Yeddilik Qrupunun (G7) ilk üzvü oldu. Almaniya bunu 2038-ci ilə, Kanada 2030-cu ilə, İtaliya isə 2025-ci ilin sonuna qədər Sardiniya adasını nəzərə almamaqla həyata keçirməyi hədəfləyir.
BBC-nin məlumatına görə, ötən əsrin 90-cı illərinin əvvəllərinə qədər krallıqda istehlak edilən elektrik enerjisinin 75%-ə qədəri kömürlə işləyən stansiyalar tərəfindən istehsal olunurdu. 1990-cı illərin ortalarına qədər bu rəqəm 35%-ə çatırdı, sonra isə kəskin şəkildə azalmağa başladı. Kömürlə elektrik enerjisi istehsalının tamamilə dayandırılması qərarı uzun müddət davam edən məsləhətləşmələrdən sonra 2017-ci ildə hökumət tərəfindən qəbul edilib. Ötən il ölkə elektrik enerjisinə olan tələbatının 34,7 faizini qazla işləyən elektrik stansiyalarından, 32,8 faizini külək və günəş enerjisindən, 13,8 faizini isə atom elektrik stansiyalarından ödəyib. (Tass)