Avqust 25, 2025-2:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Britaniyanın Lordlar palatasının üzvləri Ulu Öndərin məzarını ziyarət ediblər

2024:10:22 - 12:49
in GÜNDƏM
A A

Böyük Britaniya Lordlar palatasının üzvləri “Qarabağ” Futbol Klubunun prezidenti, iş adamı Tahir Gözəlin təşəbbüsü ilə Azərbaycana səfər ediblər.AZƏRTAC xəbər verir ki, ötən həftə Böyük Britaniya Lordlar Palatasından iki lord – uzun müddət Mühafizəkarlar Partiyasının sədri olmuş Lord Darren Mott və 7 il İşçi Partiyasının Baş katibi vəzifəsini icra etmiş Lord Iain McNicol ADA Universitetində keçirilən “Azərbaycanın COP29-da strateji əhəmiyyəti” adlı konfransda çıxış etmək üçün Bakıya gəliblər.Qonaqlar Azərbaycana səfərləri zamanı Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Tahir Gözəl ziyarət zamanı qonaqlara Ümummilli Liderin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib, onun Azərbaycanın inkişafı üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.Lord lain McNicol və Lord Mott haqqındaLord Iain McNicol Lordlar Palatasının üzvü, həmkarlar ittifaqının üzvü və 2011-ci ildən 2018-ci ilə qədər İşçi Partiyasının Baş katibi vəzifəsində çalışmış siyasətçidir. Bundan əvvəl o, GMB İttifaqının milli siyasi məmuru vəzifəsində çalışıb. Lain İnvestisiya və Qənaət Alyansının (TISA) baş məsləhətçisi, “Rewired.Earth”da Məsləhət Şurasının sədri, Böyük Britaniyanın Hidrogen Siyasəti Komissiyasında komissarı və Astra Protokolunda strateji məsləhətçidir.Lord Darren Mott Mühafizəkarlar Partiyasının onilliklər ərzində ən uğurlu seçki kampaniyası zamanı kampaniya direktoru olub və 2019-cu ilin tarixi nəticəsini təqdim edib. Bu uğurdan sonra o, Partiyanın baş direktoru vəzifəsinə yüksəlib. O, səkkiz ümumi seçki kampaniyası üzərində işləyərək altı Baş nazirə xidmət edib. Karyerasına partiyada təcrübəçi kimi başlayan Lord Mott uzun müddət İcraçı direktor vəzifəsində fəaliyyət göstərib.

Əvvəlki Yazı

Dövlət Komitəsinin sədri Astaradakı məscidlərin fəaliyyəti ilə tanış olub

Növbəti Yazı

Siyavuş Novruzov: Makron da Azərbaycan və Türkiyə ilə əməkdaşlıq üçün addım atacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.