Belçikanın milli aviadaşıyıcısı Brussels Airlines martın 24-dən İsrailə uçuşları bərpa edəcək.
Reuters ölkənin ən böyük aviaşirkətinə istinadən xəbər verir ki , bu qərar “bütün müvafiq departamentlərlə diqqətlə nəzərdən keçirildikdən sonra” qəbul edilib.
Almaniyanın “Lufthansa” şirkətinin törəmə şirkəti olan “Brüssel Hava Yolları” Brüssel – Təl-Əviv marşrutu üzrə həftədə üç dəfə reys həyata keçirəcək.
United Airlines daha əvvəl mart ayında İsrailə uçuşları bərpa etdiyini açıqlamışdı. Martın 6-dan etibarən birbaşa uçuşlar hələlik yalnız Nyuarkdan həyata keçiriləcək. (Tass)