İyun 15, 2025-11:27
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Bu ay 4 hərrac keçiriləcək

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 10-u, 11-i, 18-i və 24-də hərraclar keçiriləcək.

Qurumdan Teleqraf-a verilən məlumata görə, hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi, 53 nəqliyyat vasitəsi və 4 texnika çıxarılıb.

İyunun 10-da keçiriləcək hərraca “Azinterservis”, “Cəlilabad Şərab”, “Daşkəsən Aqrotexservis”, “Zabrat Tikinti Quraşdırma” və “Bərdə Kəndkimya” səhmdar cəmiyyətlərinin səhm paketləri çıxarılıb.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 87.385 manatla 886.154 manat arasında dəyişir.

İyunun 11-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1991-2013-cü illəri əhatə edir.

İyunun 18-də keçiriləcək hərraca isə 15 nəqliyyat vasitəsi və 4 texnika çıxarılıb. Avtomobillərin buraxılış tarixləri isə 2002-2014-cü illəri əhatə edir.

Nəhayət, iyunun 24-də keçiriləcək hərraca isə 4 lot üzrə 26 nəqliyyat vasitəsi çıxarılıb. Bu avtomobillərin buraxılış tarixləri isə 1990-2014-cü illəri əhatə edir.