Sentyabr 13, 2025-15:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bu günədək tədarük məntəqələrinə 190 tondan çox yaş barama təhvil verilib

2024:06:13 - 14:50
in İQTİSADİYYAT
A A

Bu günədək Azərbaycanda kümçülər tərəfindən tədarük məntəqələrinə 190,2 ton yaş barama təhvil verilib.

“Report”un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, hər il olduğu kimi bu il də ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 40 tondan artıq yaş barama təhvil veriblər.

Məhsul tədarükünə görə, Zaqatala (21 ton 353 kq), Ağcabədi (19 ton 854 kq), Balakən (15 ton 141 kq), Bərdə (12 ton 173 kq) və Lənkəran (7 ton 533 kq) rayonları öndə gedir.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.

Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 90 000 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaş barama tədarükü aparılır.

Əvvəlki Yazı

Malavi ordusu vitse-prezidentin təyyarə qəzasında ölməsi ilə bağlı təhqiqata başlayıb

Növbəti Yazı

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu üzrə problemli kreditlər bu il 62 % azalıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.