İyun 14, 2025-1:57
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Bu gün Azərbaycandan növbəti zəvvar qrupu Həccə yola düşəcək

Bu gün Azərbaycandan Həcc ziyarətinə yollanan dördüncü zəvvar qrupları yola düşəcəklər.

Bunu Teleqraf -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, zəvvarlar bu gün saat 11:00-da təyyarə ilə yola düşəcəklər.

Qeyd edək ki, Azərbaycandan zəvvar qrupları 25-31 may tarixlərində hər gün Həcc ziyarətinə yola düşəcəklər. Hər gün 1 təyyarə, yalnız ayın 29-da 2 təyyarə – səhər saat 11:00-da və axşam saat 17:55-də yola düşəcək.