İyun 9, 2025-9:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bu gün görkəmli dirijor, Xalq artisti Əşrəf Həsənovun doğum günüdür

2025:01:24 - 12:00
in MƏDƏNİYYƏT
A A

Bu gün musiqişünas, Xalq artisti, pedaqoq Əşrəf Həsənovun doğum günüdür.

AZƏRTAC xəbər verir ki, görkəmli dirijorun anadan olmasından 116 il ötür.

1909-cu il yanvarın 24-də Şəki şəhərində anadan olan Əşrəf Həsənov 1927-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfində, 1933-1938-ci illərdə Moskva Dövlət Konservatoriyasının dirijorluq sinfində təhsil alıb. Eyni zamanda, 1938-1950-ci illərdə Azərbaycan Radio Komitəsinin nəzdindəki simfonik orkestrə rəhbərlik edib. 1932-ci və 1938-1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor işləyib. O, həmçinin 1949-1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Opera hazırlığı şöbəsinə rəhbərlik edib.

Ə.Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında “Leyli və Məcnun”, “Koroğlu” (Üzeyir Hacıbəyli), “Aşıq Qərib” (Zülfüqar Hacıbəyov), “Şahsənəm” (Reynqold Qlier), “İvan Susanin” (Mixail Qlinka), “Knyaz İqor” (Aleksandr Borodin), “Qaratoxmaq qadın”, “Yevgeni Onegin”, “İolanta” (Pyotr Çaykovski), “Qar qızı” (Nikolay Rimski-Korsakov), “Su pərisi” (Aleksandr Darqomıjski), “Aleko” (Sergey Raxmaninov), “Traviata”, “Aida” (Cüzeppe Verdi), “Karmen” (Jorj Bize) və s. kimi Azərbaycan və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq edib. O, bir çox dünya ölkələrində qastrol səfərlərində olub.

Görkəmli dirijor Əməkdar incəsənət xadimi (1940), Xalq artisti (1959) fəxri adları ilə təltif edilib.

Qeyd edək ki, Əşrəf Həsənov 1983-cü ildə Bakıda vəfat edib.

 

Əvvəlki Yazı

ATU-nun iki klinikası və Bakı Sağlamlıq Mərkəzində stasionar yatış üçün göndəriş tələb olunmayacaq

Növbəti Yazı

Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.