İyun 17, 2025-8:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bu gün Nodar Şaşıqoğlunun anım günüdür

2024:04:12 - 11:16
in MƏDƏNİYYƏT
A A

Bu gün Xalq artisti, teatr və kino aktyoru, Azərbaycan kinosunun “Mixaylo”su Nodar Şaşıqoğlunun anım günüdür.

AZƏRTAC xəbər verir ki, Xalq artisti Nodar Şaşıqoğlunun vəfatından 11 il ötür.

Nodar İzzətoviç Şaşıqoğlu 1927-ci il martın 13-də Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan, atası isə çar zabiti olub. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Əsli acar olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Moskvada Şukin adına Teatr İnstitutunu bitirib. O, bir il Vaxtanqov adına teatrda işləyib, beş il isə Taqanka Teatrında çalışıb.

İlk rolunu “Mosfilm”də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə oynayıb. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi canlandırıb. Sonra Sergey Paracanovun ilk rejissor işi olan “Andrieş” filmində baş rolu oynayıb. Bu filmdən sonra “Odessa” kinostudiyasında çalışıb.

Azərbaycanın əfsanəvi qəhrəmanı Mehdi Hüseynzadə roluna aktyor axtaran rejissor Rəşid Atamalıbəyov (O, “Uzaq sahillərdə” filminin ikinci rejissoru olub) təsadüfən Nodar Şaşıqoğlunun oynadığı tamaşaya baxır, aktyoru bəyənərək “Uzaq sahillərdə” filminə dəvət edir. Əfsanəvi Mixaylo rolundan sonra Nodar Şaşıqoğlu ard-arda “Əsl dost”, “Mateo Falkone”, “Onun böyük ürəyi”, “Bizim küçə”, “Telefonçu qız”, “Leyli və Məcnun” filmlərinə çəkilib.

Nodar Şaşıqoğlu, eyni zamanda, teatr səhnələrində Don Quan (A.S.Puşkin “Kiçik tragediyalar”), Sirano (E.Rostan “Sirano de Berjerak”), Kreont (Q.Qauptman “Antiqo-solntsa”) və s. obrazlar yaradıb. 2003-cü ildə S.Vurğun adına Rus Dram Teatrına qayıdıb və səhnədə Sorin (A.P.Çexov “Qağayı”), Kral Lir (U.Şekspir “Kral Lir”) və s. bu kimi parlaq obrazlar ifa edib. Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

O, 2013-cü il aprelin 12-də Bakıda vəfat edib.

Əvvəlki Yazı

Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi

Növbəti Yazı

Minskdə Azərbaycan və Belarus XİN başçılarının görüşü olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.