İyun 25, 2025-13:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Bu gün qlobal aktorlar Azərbaycanla əməkdaşlıq imkanlarını dəyərləndirmək fürsətlərindən maksimum yararlanmağa çalışırlar – RƏY

2024:07:05 - 15:41
in SİYASƏT
A A

Azərbaycanın xarici siyasət gündəliyi hər zaman sülhün və sabitliyin qorunmasına, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının dəyələndirilməsinə əsaslanan ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə hədəflənib. Məhz ona görədir ki, siyasi, iqtisadi, hərbi, mədəni və eləcə də digər bütün strateji istiqamətlər üzrə əlaqələr çoxşaxəlilik və bərabərlik prinsiplərinə əsaslanır. Azərbaycanın üzv olduğu təşkilatlar və təmsil olunduğu platformaların hər hansı coğrafi, yaxud siyasi-ideoloji çərçivələrlə məhdudlaşmaması da buna bariz nümunədir. Şərqdən Qərbə, Şimaldan Cənuba doğru əməkdaşlığı, bərabərliyi və ümumi birgəyaşayış qaydalarına hörmət prinsiplərini prioritet hesab edən Azərbaycanın beynəlxalq sistemin aktorlarının və institusional orqanların böyük əksəriyyəti ilə əlaqələri gündən-günə daha da möhkəmlənərək şaxələnir. Prezident İlham Əliyevin şəxsi nüfuzu və uğurlu diplomatiyası qlobal sistemdə Azərbaycana etimadın başlıca zəmanətidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova səsləndirib.

Politoloq bildirib ki, bu gün dünya nizamının bütün qütblərini təmsil edən qlobal aktorlar Azərbaycan ilə əməkdaşlıq imkanlarını dəyərləndirmək üçün mümkün fürsətlərdən fəal şəkildə yararlanmağa çalışırlar. Eləcə də bu imkanların dəyərləndirilməsi Azərbaycan üçün yeni platformalarda təmsilçilik şansı da yaradır. Belə platformalar sırasında Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) xüsusi önəm daşıyır. Qazaxıstanda keçirilən Zirvə toplantısında Prezident İlham Əliyevin fəxri qonaq qismində iştirak etməsi də bunu bir daha təsdiqləyir. ŞƏT ilə əlaqələrin tarixinə nəzər yetirdikdə isə kifayət qədər uğurlu yol xəritəsi müşahidə etmək mümkündür.

“Azərbaycanın dialoq üzrə tərəfdaşı olduğu ŞƏT ilə əlaqələri ötən doqquz il ərzində sürətlə inkişaf edib. Ölkəmizin Çin, Rusiya, Qazaxıstan, Pakistan, Özbəkistan, Qırğızıstan kimi təşkilata üzv və təsisçi dövlətlərlə əlaqələri yaxşı səviyyədə davam etdirilir. Eyni zamanda, Türk platformasının, xüsusilə də strateji tərəfdaşımız və müttəfiqimiz olan dövlətlərin ŞƏT-in çətiri altında birləşməsi də bu təşkilatın Azərbaycan üçün əhəmiyyətini artıran əsas məqamlardan biri kimi qeyd edilə bilər.

Astana Sammiti çərçivəsində Prezident İlham Əliyevin ikitərəfli və üçtərəfli əsasda çox mühüm görüşləri oldu və bu görüşlər çərçivəsində kifayət qədər önəmli mesajlar verildi. Azərbaycanın sülh gündəliyinin ədalətliliyi və dəstəklənməsi ilə bağlı Türkiyə, Çin, Pakistan, Rusiya kimi mühüm aktorların mövqeyi bir daha açıq şəkildə ifadə edildi. Bütün bu məqamlar Azərbaycana və onun Liderinə hörmətin və etimadın ifadəsidir”, – deyə A.Qurbanova qeyd edib.

Politoloqun sözlərinə görə, digər tərəfdən isə Azərbaycanın bu təşkilat çərçivəsində keçirilən müzakirələrdə iştirakının ŞƏT-in gündəliyinə daxil olan məsələlərin icrasına mütləq şəkildə töhfə verəcəyi də istisna edilməməlidir. Çünki bir çox uğurlu regional və beynəlxalq layihələrin həyata keçirilməsi təcrübəsinə sahib Azərbaycan hər zaman qlobal problemlərin həlli ilə bağlı mühüm addımların təşəbbüskarı kimi də çıxış edir. Belə ki, mühüm nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycan sahib olduğu əlverişli geostrateji mövqeyin verdiyi üstünlüklərə görə yalnız nəqliyyat-logistika mərkəzinə çevrilmir, eləcə də bu üstünlükləri sivilizasiyalararası birləşdirici qüvvə kimi istifadə etməyi hədəfləyir və buna nail olur. Tolerantlıq, multikulturalizm, ətraf mühitin mühafizəsi və gələcək nəsillərə müharibəsiz dünyanın miras qoyulması uğrunda davamlı və qətiyyətli siyasətin əsasını da məhz bu hədəflər təşkil edir.

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini xatırladan A.Qurbanova vurğulayıb: “Azərbaycan Prezidentinin təşəbbüsü ilə müzakirəyə çıxarılan məsələlər qlobal sistemin ədalət tərəzisindəki balansın təmin edilməsi çağırışları olaraq dəyərləndirilməlidir. Bu çağırışlar nəticəsində Qoşulmama Hərəkatı çərçivəsində neokolonializmlə mübarizə, peyvənd ayrı-seçkiliyinə son qoyulması, dövlətlərin daxili işlərinə qarışmamaq, terrorizm-separatizm ilə mübarizə, humanist dəyərlərə sadiqlik və bərabərliyin təmin edilməsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirilib. Eləcə də COP29 kimi mötəbər tədbirə ev sahibliyinin Azərbaycana həvalə edilməsi dövlətimizin başçısına və onun uzaqgörən siyasətinə yüksək etimadın bariz nümunəsidir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycan-ŞƏT əlaqələrinin dinamik inkişaf xüsusiyyətlərinə sahib olması heç də təəccüb yaratmır və əlaqələrin yol xəritəsində uğur payı çox yüksəkdir.

Əvvəlki Yazı

Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib

Növbəti Yazı

Muxtar Babayev Konqo Prezidenti ilə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.