İyun 17, 2025-5:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bu il Dilçilik İnstitutunda 20 mövzu üzrə tədqiqat işləri aparılır

2024:06:20 - 16:15
in SOSİAL
A A

İyunun 20-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən müəssisənin direktoru professor Nadir Məmmədli bu ilin 6 ayı ərzində institutun 13 şöbə və 1 laboratoriyasında 1 istiqamət, 14 problem, 20 mövzu üzrə 96 tədqiqat işi aparıldığını bildirib.

Elmi katib Aynel Məşədiyeva məruzəsində bildirib ki, hesabat ilinin 6 ayı ərzində Dilçilik İnstitutunun əməkdaşlarının 5 monoqrafiyası, 6 kitabı, 150 (30-u xaricdə) məqaləsi çap olunub.

Sonra institutun şöbə müdirləri 2024-cü ilin altı ayı ərzində görülən işlər barədə hesabatlarla çıxış ediblər. Hesabatlarda 2024-cü ildə institutda keçirilən beynəlxalq görüşlər, konfrans, seminar və tədbirlər, kadr hazırlığı, elektron elmin vəziyyəti barədə də məlumat verilib.

İclasın sonunda AMEA Humanitar Elmlər Bölməsi tərəfindən təhkim edilən Rəyasət Heyətinin elmi katibi dosent Səfa Qarayev Dilçilik İnstitutunun böyük ənənələrə malik olduğunu söyləyib və hesabat dövründə elmi müəssisənin fəaliyyətini müsbət qiymətləndirib. Həmçinin Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin I, II və III cildlərinin çapının institutun nəşrləri sırasında elmi əhəmiyyəti ilə diqqəti çəkdiyini vurğulayıb.

İclasın qərarı ilə hesabat qənaətbəxş sayılaraq qəbul edilib.

Əvvəlki Yazı

Azərbaycanda ixtioz xəstələrinin sayı açıqlanıb

Növbəti Yazı

Azərbaycan XİN: Qaçqınların öz evlərinə ləyaqətli və təhlükəsiz qayıtmaq hüququnu vurğulayırıq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.