Bu il Azərbaycanda ilk dəfə fəaliyyətə başlayacaq ali təhsil müəssisələrinin plan yerlərinin 90%-dən çoxu dolub.“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.O bildirib ki, ilk dəfə qəbul aparılan Qarabağ Universitetinin plan yerləri 98.57%, Türkiyə-Azərbaycan Universitetinin plan yerləri 96.67%, İtaliya-Azərbaycan Universitetinin plan yerləri isə 95.52% dolub.