Bu il Laçın və Füzuli şəhərlərində “Smart DOST” məntəqələri yaradılacaq.Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Bildirilib ki, bu istiqamətdə hazırlıq işləri aparılır: “Bundan əvvəl 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi açılıb”.Qeyd edək ki, “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana bilər.