2025-ci ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 26,7 faiz, buğda idxalı isə 35,9 faiz artıb.
Bu barədə Teleqraf-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, təzə tərəvəz – 7,0 faiz, şəkər – 31,8 faiz, meyvə və tərəvəz konservləri – 15,3 faiz, bitki yağları – 55,7 faiz, çay – 10,6 faiz, mineral gübrələr – 13,5 faiz, polietilen – 8,9 faiz, emal olunmamış alüminium – 15,8 faiz, sement klinkerləri – 31,0 faiz, qara metallardan borular – 62,5 faiz, pambıq ipliyi – 2,1 faiz, qara metallardan çubuqlar – 67,3 faiz artıb, meyvə və tərəvəz şirələri ixracı isə 29,7 faiz, tütün – 67,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 1,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 20,0 faiz, kartof – 31,2 faiz, polipropilen – 15,2 faiz, pambıq lifi – 28,8 faiz, elektrik enerjisi – 38,7 faiz, bentonit gili – 20,4 faiz azalıb.
2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2025-ci ilin yanvar-mart aylarında buğda idxalı 35,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 41,9 faiz, xam şəkər – 34,6 faiz, çay – 74,7 faiz, quş əti və onun əlavə məhsulları – 4,5 faiz, təzə tərəvəz – 36,9 faiz, siqaretlər – 5,3 dəfə, minik avtomobilləri – 18,9 faiz, polad prokatı – 16,2 faiz, qara metallardan çubuqlar – 97,4 faiz, mineral gübrələr – 8,7 faiz, rezin şinlər – 7,6 faiz, polietilen – 17,6 faiz, məişət kondisionerləri – 5,0 faiz, avtobuslar – 3,2 dəfə, məişət soyuducuları – 50,2 faiz artıb, təzə meyvə idxalı isə 15,4 faiz, şokolad və şokolad məhsulları – 5,3 faiz, unlu qənnadı məmulatları – 12,8 faiz, bitki yağları – 42,2 faiz, kartof – 1,5 faiz, mal əti – 10,6 faiz, dərman vasitələri – 20,2 faiz, qara metallardan borular – 37,2 faiz, hesablama maşınları, blok və qurğuları – 19,4 faiz, yük avtomobilləri – 2,3 faiz, sintetik yuyucu vasitələr – 17,6 faiz, mebellər – 8,7 faiz, paltaryuyan maşınlar – 0,4 faiz, polipropilen – 1,7 faiz, qara metallardan künclüklər – 6,5 faiz, sement – 11,6 faiz azalıb.