Avqust 20, 2025-18:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bu il Şəki Dövlət Dram Teatrı teatrsevərlərə dörd yeni tamaşa təqdim edəcək

2024:01:25 - 13:02
in MƏDƏNİYYƏT
A A

Şəki Dövlət Dram Teatrı 2024-cü ildə də sənətsevərləri bir-birindən maraqlı tamaşalarla sevindirəcək. Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2024-cü ildə teatrda dörd yeni tamaşa hazırlanacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.

Teatrın rəsmisi bildirib ki, hazırda bu sənət ocağında teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluşunda repertuar planda nəzərdə tutulan ilk səhnə əsərinin – görkəmli alman ədibi Bertolt Brextin “Kuraj ana və uşaqları“ pyesi əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb.

Quruluşçu rejissor Elvin Nuri tərəfindən tamaşaya qoyulması planlaşdırılan digər əsər isə Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesidir. Tamaşa yazıçının anadan olmasının 110 illiyinə həsr olunur.

Bundan əlavə, teatrın 2024-cü ilin repertuarına dramaturq Altay Məmmədovun “Ulduzlar görüşəndə” (rejissor Hüseyn Hüseynli) və görkəmli ingilis dramaturqu Uilyam Şekspirin “Heç nədən hay-küy” (rejissor Mirbala Səlimli) komediyaları da daxil edilib.

Lalə Məmmədova bildirib ki, teatrın 2024-cü il üçün tədbirlər planında, həmçinin Şəki teatrının nailiyyətlərinin geniş tamaşaçı kütləsinə çatdırılması və mədəniyyət tariximizin təbliğ olunması məqsədilə müxtəlif tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Cari ildə bu sənət ocağında Şəkidə milli peşəkar teatrın yaranmasının 145 ilinin (1879-2024) tamam olması münasibətilə “Şəki Teatrı-145” yubiley gecəsi keçiriləcək.

Əlavə olaraq, Azərbaycan teatr kollektivləri ilə xarici ölkələrin teatrları arasında beynəlxalq səviyyədə əlaqələrin qurulması məqsədilə keçiriləcək IV Şəki Beynəlxalq Teatr Festivalı da Şəkidə milli peşəkar teatrın yaradılmasının145 illiyinə həsr ediləcək.

Əvvəlki Yazı

AŞPA-dan “bardağı daşıran son damla” – Rəsmi Bakıdan cəsarətli addım Şərh

Növbəti Yazı

İmişlidə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2 nəfər saxlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.