İyun 16, 2025-14:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bu il Sumqayıt Kimya Sənaye Parkında daha 2 müəssisə fəaliyyətə başlayacaq

2024:11:01 - 14:39
in İQTİSADİYYAT
A A

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Cənubi Qafqazın ən böyük sənaye parkı – Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 6 milyard manatdan artıq olan 41 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

“Report” Agentliyə istinadən xəbər verir ki, bu rezidentlərdən hazırda 24-ü fəaliyyət göstərir. Bu il Sənaye Parkında daha 2 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

İndiyədək Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən 5,5 milyard manat sərmayə yatırılıb, 6 600-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 546 milyon manat investisiyanın yatırılması, 2 500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.

Parkın rezidentləri tərəfindən indiyədək ümumilikdə 12,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,37 milyard manatlıq hissəsi ixracın payına düşür. Bu ilin 9 ayında Sumqayıt Kimya Sənaye Parkında 2,13 milyard manatlıq məhsul istehsal edilib, 762,7 milyon manatlıq məhsul ixrac edilib. Ötən illə müqayisədə ixrac 13,1 % artıb.

Bu dövrdə Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 15,6%, ixracında isə 24,7 % təşkil edib.

Əvvəlki Yazı

Şuşada “44 gün – Tarixi zəfər” kitabının III cildinin təqdimatı olub

Növbəti Yazı

Bloomberg: ABŞ-ın müttəfiqləri olan partiyalar seçki kampaniyasına 14,7 milyard dollar xərcləyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.