Bundestaqın (Almaniya Federativ Respublikası Parlamenti) Xarici Siyasət Komitəsinin sədri Mixael Rot (Almaniya Sosial Demokrat Partiyası) Ukraynada hərbi əməliyyatların intensivləşməsi fonunda Qərb silahlarının Ukraynada tətbiqi ilə bağlı yeni qaydaların hazırlanmasına çağırıb.
“Biz indi münaqişənin yeni mərhələsindəyik” dedi Rot ZDF televiziyasında. Onun sözlərinə görə, cəbhədəki vəziyyət dəyişib. “İndi bütün beynəlxalq tərəfdaşlar arasında aydın qayda var: siz bizim təqdim etdiyimiz silahlardan Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edə bilməzsiniz”, – deputat qeyd edib. “Burada yeni, praqmatik bir həll mütləq lazımdır”.
Bundan əvvəl Amerikanın dövlət katibi Entoni Blinken ABŞ-ın Kiyevə verdiyi silahlardan Ukrayna ərazisindən kənarda istifadə etməyə icazə vermədiyini bildirmişdi. Eyni zamanda, Ukrayna, onun sözlərinə görə, hərbi əməliyyatların “necə aparılması ilə bağlı öz qərarını verməlidir”. (Tass)