İyun 19, 2025-13:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Buraxılış imtahanı iştirakçıları arasında keçirilən sorğunun nəticələri açıqlanıb

2025:05:14 - 13:37
in SOSİAL
A A

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 13-də, 20-də və 27-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından sonra iştirakçılar arasında məmnuniyyət sorğusu təşkil edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, sorğu hər 3 imtahan günündə Bakı şəhərində, həmçinin aprelin 13-də Gəncə, Cəlilabad və Lənkəranda bəzi imtahan binalarının qarşısında DİM-in könüllüləri vasitəsilə təşkil edilib. Sorğuya ümumilikdə 1475 imtahan iştirakçısı qatılıb. İştirakçılar onlara təqdim olunmuş anket vasitəsilə imtahan keçirilən yer, nəzarətçilərin davranışı, tapşırıqların aydın və başa düşülən olması, imtahan zamanı təşkilati və texniki hazırlıq və ümumi imtahan təcrübəsini qiymətləndiriblər.

“İmtahanın keçirildiyi məkanın şəraiti” ilə bağlı suala 773 nəfər “Çox yaxşı”, 600 nəfər “Yaxşı”, 93 nəfər “Orta” cavabını verib. Bu göstəricilər rəyi soruşulanların 99.4 faizini təşkil edir. Bununla yanaşı, 0.6 faiz iştirakçı imtahan şəraitindən narazı qalıb.

“Nəzarətçilərin davranış və ünsiyyət tərzi”ndən 99.6 faiz iştirakçı “Tam razı” və ya “Qismən razı” (1447 nəfər “Tam razı”, 22 nəfər “Qismən razı”) qalıb. 6 nəfər “Qətiyyən razı deyiləm” bəndini seçib.

“İmtahan prosesi zamanı hər hansı texniki və ya təşkilati problem yaşadınızmı?” sualına 98% iştirakçı (1445 nəfər) “Xeyr”, 2% iştirakçı (30 nəfər) isə “Bəli” cavabını verib.

“İmtahanda istifadə olunan suallar”la bağlı 1119 nəfər “Hamısı aydın və başadüşülən idi” cavabını seçib. 320 nəfər isə onun üçün bəzi sualların aydın olmadığını qeyd edib.

“Ümumi olaraq imtahan təcrübənizi necə qiymətləndirirsiniz?” sualına isə iştirakçıların 361 nəfəri “Əla”, 712 nəfəri “Yaxşı”, 294 nəfəri “Orta” qiymət verib. 108 iştirakçı isə imtahan təcrübəsindən narazı qalıb.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək əksər kütləvi imtahanlarda imtahansonrası məmnuniyyət sorğusunun keçirilməsi nəzərdə tutulub. Sorğunun keçirilməsində məqsəd vətəndaşlara təqdim edilən xidmət keyfiyyətinin öyrənilməsi və daha da inkişaf etdirilməsidir.

Əvvəlki Yazı

Peskov: Aİ-də nüvə silahlarının yayılması Avropaya təhlükəsizlik əlavə etməyəcək

Növbəti Yazı

Tələbələrin uğuru: AzMİU komandası beynəlxalq müsabiqədə ilk beşlikdə

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.