AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl şəhərində məskunlaşan sakinlər Yel çərşənbəsini öz doğma yurdlarında sevinc hissləri ilə qarşılayıblar. Şəhərin mərkəzində alovlandırılan tonqal kənarına toplaşan şəhər sakinləri yallı rəqsi oynayıb və uzun illərdən sonra çərşənbə sevincini bir-biri ilə paylaşıblar.