İllər sonra böyük sevinc və qürurla ana vətənim Cəbrayıla qayıdıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Nazim Rüstəmov deyib.
“Cəbrayılla bağlı xatirələrim çoxdur. Uşaqlığım, cavanlığım orada keçib. İndi 30 illik həsrətdən sonra yenidən ora qayıdıram. Allah övladlarımıza, gələcək nəsillərə bir daha bizim illər əvvəl yaşadığımız həyatı – köçkünlüyü, ağrı-acını nəsib etməsin”, – deyə o vurğulayıb.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən sakin, doğma yurduna qayıtdığına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya da minnətdarlığını bildirib.