Avqust 18, 2025-3:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Cəbrayıl və Füzulidə yeni yaşıllıqlar salınacaq

2024:10:10 - 17:56
in SOSİAL
A A

İşğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılaraq isifadəyə verilib.

APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O həmçinin qeyd edib ki, bu ərazilərdə hidrometeorloji vəziyyətin öyrənilməsi məqsədilə 5 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılaraq isifadəyə verilib.

Nazir müavini bildirib ki, Zəngilan rayonu ərazisində 55,0 ha, Ağdam rayonu ərazisində 11,0 ha və Cəbrayıl rayonu ərazisində 20,0 ha yeni yaşıllıq sahəsi salınıb:

“Hazırda Cəbrayıl rayonu ərazisində 30,0 ha və Füzuli rayonu ərazisində 16,7 ha yeni yaşıllıq sahəsinin salınması ilə bağlı torpaq hazırlığı işləri aparılır və bu ilin sonunadək həmin ərazilərdə yaşıllıqların salınması nəzərdə tutulur”.

Vüqar Kərimov söyləyib ki, ərazilərdə biomüxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirləri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran, Laçın rayonu ərazisinə 5 Şahin quşu, 4 baş Şərqi Qafqaz turu və 10 kəklik quşu, eləcə də Kəlbəcər rayonuna Bezoar keçilərinin reintroduksiyası məqsədilə 3 baş keçi Göygöl Milli Parkının 6-cı kvartalından Murovdağ istiqamətinə buraxılıb.

“Cari ilin sonunadək daha bir fauna növünün işğaldan azad edilmiş ərazilərə reintroduksiyası nəzərdə tutulur. Həmçinin su bioresurslarının artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdən axan çaylardan ümumilikdə 1,1 milyondan çox qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb”, – o qeyd edib.

Vüqar Kərimov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə meşəbərpa layihələrinə uyğun olaraq, Zəngilan rayonunda 85 ha, Qubadlı rayonunda 35 ha və Cəbrayıl rayonunda 45 ha meşə fondu sahəsində torpaq hazırlığı işləri yekunlaşdırılıb.

O qeyd edib ki, ilin sonunadək bu ərazilərdə əkin və səpin işlərinin aparılması planlaşdırılır.

Əvvəlki Yazı

Muxtar Babayev ABŞ Prezidentinin baş müşaviri ilə görüşüb

Növbəti Yazı

Oktyabrın 13-dən Bakıdan Laçına müntəzəm avtobus reysi açılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.