Cəlilabad rayonunda zəlzələ baş verib.
Bu barədə AZƏRTAC-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 07:52-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,2 olub.
Zəlzələnin ocağı 28 kilometr dərinlikdə yerləşib.
