Cənubi Afrikada 11 parlament partiyasının dəstəyi ilə Milli Birlik Hökuməti yaradılıb. Bu barədə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa televiziya ilə xalqa müraciətində bildirib.
“Milli Birlik Hökuməti indiki formada Cənubi Afrikanın tarixində görünməmiş bir hökumətdir” deyib dövlət başçısı. “Hökumət ölkə xalqının maraqlarına uyğun qurulmuş bir sıra aydın prinsiplərə əsaslanacaq .”
Ramafosa Paul Maşatilinin yenidən Cənubi Afrika Respublikasının vitse-prezidenti vəzifəsinə təyin edildiyini açıqlayıb. Əvvəlki hökumətdə Ədliyyə Nazirliyinə rəhbərlik edən Ronald Lamola xarici işlər və əməkdaşlıq naziri təyin edilib. Əvvəllər əsas təhsil naziri vəzifəsində çalışmış Ancelina Moçekqo Müdafiə və Veteranların İşləri Naziri olub. Ağ azlıqların Demokratik Alyansının lideri Con Steinhuisen Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik edir.
“Heç kim konkret bir partiyanın maraqlarını ifadə etmək üçün hökumətə təyin edilmir” , “hökumətin bütün üzvləri yalnız xalqa cavabdehdir”- Ramafosa bildirib. (Tass(