Cənubi Koreya parlamenti ədliyyə naziri Park Sung-jae və baş polis komissarı Ço Ji Hoya qarşı impiçment elan edib. Bu barədə YTN telekanalı məlumat yayıb.
İştirak edən 295 deputatdan 195-i nazirin impiçmentinin lehinə, 100 nəfər isə əleyhinə səs verib. Polis rəisinin impiçmentinin lehinə 295 nəfərdən 202-si, əleyhinə 88 nəfər səs verib.
Nazirin impiçmenti işi adətən konstitusiya məhkəməsinə verilir və o, yekun qərarı verir. (Tass)