Koreya Respublikası 2024-cü ildən başlayaraq Ukraynaya 2,3 milyard dollar yardım ayıracaq. Bunu Koreya Respublikasının xarici işlər naziri Ço Tae-yol NATO ölkələrinin və onların tərəfdaşlarının xarici işlər nazirlərinin görüşü zamanı deyib.
“Nazir Ço Tae-yeol bildirib ki, ölkəmiz Ukraynaya sülhün bərpası naminə yardım göstərməyə davam edəcək və bu ildən başlayaraq 2,3 milyard dollarlıq orta və uzunmüddətli paket ayrılacaq”, – Cənubi Koreya XİN-in məlumatında deyilir. .
Bundan əlavə, Cənubi Koreya yaralı Ukrayna hərbçiləri üçün reabilitasiya mərkəzlərinin fəaliyyət göstərməsi üçün NATO fondu vasitəsilə 12 milyon dollar ayıracaq.
(Tass)