Cənubi Koreyanın “The Korea Times” qəzeti hökumətdəki mənbələrə istinadən xəbər verir ki, Cənubi Koreya prezidenti Li Çje Myonqla amerikalı həmkarı Donald Tramp arasında ilk ikitərəfli görüşün avqustun 25-də Vaşinqtonda baş tutacağı gözlənilir.
Gündəliyə əsas ikitərəfli məsələlərin, o cümlədən ticarət, tarif siyasəti və hərbi əməkdaşlığın strukturunda mümkün dəyişikliklərin daxil ediləcəyi gözlənilir. Mütəxəssislərin fikrincə, danışıqlarda Seulun müdafiə xərclərinin artırılması, ABŞ qoşunlarının Cənubi Koreyada yerləşdirilməsi ilə bağlı mümkün dəyişikliklər və çəkindirmə üzrə daha sıx koordinasiya da daxil olmaqla, “hərbi alyansın modernləşdirilməsi”nə də toxuna bilər.
Eyni zamanda, Cənubi Koreya liderinin administrasiyası mətbuatda açıqlanan tarixləri hələlik rəsmən təsdiqləməyib. Bundan əvvəl Li Jae-Mung iyunda Kanadada keçiriləcək G7 sammiti çərçivəsində Trampla ilk görüşünü keçirməyi planlaşdırırdı, lakin Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Amerika prezidenti təcili Vaşinqtona qayıtdıqdan sonra danışıqlar ləğv edildi. (Tass)