Koreya Respublikasının Prezidenti Yun Seok-yeol və Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Çianq iki ölkənin xarici işlər və müdafiə nazirlikləri arasında “2+2” formatında təhlükəsizlik dialoqunun başlanmasına dair razılığa gəliblər. . Bunu Koreya Respublikası Prezident Administrasiyasının Milli Təhlükəsizlik Departamenti rəhbərinin müavini Kim Tae-hyo deyib.
Onun sözlərinə görə, məşvərətçi qurumda Xarici İşlər Nazirliyindən nazir müavinləri səviyyəsində olan məsul şəxslər və müdafiə nazirliklərinin idarə rəisləri iştirak edəcək. Yonhap agentliyi xəbər verir ki , ilk görüş iyunun ortalarında baş tutacaq.
Tərəflər həmçinin azad ticarət sazişinin dərinləşdirilməsi üzrə danışıqları bərpa etmək barədə razılığa gəliblər. “ İkinci mərhələ danışıqları təkcə mal ticarətini deyil, həm də xidmət sektoru, mədəniyyət, turizm və hüquqi xidmət sahələrini müzakirə edəcək”, – Kim Tae-hyo bildirib. Çin və Cənubi Koreya arasında azad ticarət sazişi 2015-ci ildən qüvvədədir. İki ölkə liderləri 2017-ci ilin dekabrında danışıqların ikinci mərhələsinin başlandığını elan ediblər. (Tass)