İyun 18, 2025-1:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb

2024:05:06 - 11:53
in İQTİSADİYYAT
A A

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Cabbar Həşimov” tankeri əsaslı təmir olunub.

“Report” xəbər verir ki, bu barədə ASCO-dan bildirilib.

Qeyd olunub ki, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda yüksək keyfiyyətlə aparılıb.

Təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, əsas göyərtəsi və keçid körpüsü tam təmizlənərək rənglənib. Baş və köməkçi mühərrikləri, nasosları təmir olunub.

Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Maşın şöbəsində və boru sistemlərində təmir işləri görülüb, yararsız hissələr dəyişdirilib, gəmidə elektrik-quraşdırma işləri yerinə yetirilib.

Tankerdə rabitə və elektroradionaviqasiya sahəsinə aid 1 dəst yeni elektron xəritə (ECDİS), 1 dəst maqnit kompas və exolota aid printer quraşdırılıb. Komanda-yayım qurğusu və naviqasiya avadanlıqları təmir olunub.

Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.

“Cabbar Həşimov” gəmisinin uzunluğu 150 metr, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 12 min tondur.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib

Növbəti Yazı

Məhkəmə Anar Məmmədli barədə qərar verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.