Çanaqqala boğazı hava şəraitinə görə hər iki istiqamətdə gəmilərin üzünə bağlanıb. Bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.
Departamentdən bildiriblər ki, “Çanaqqala boğazında dəniz hərəkəti pis hava şəraiti və tufan səbəbindən saat 12:15-dən hər iki istiqamətdə dayandırılıb”.
Bundan əvvəl Türkiyə meteoroloqları hava şəraitinin gözlənilən kəskin pisləşməsi ilə əlaqədar ölkənin şimal-qərb, qərb və şimalındakı beş əyalət üçün ayrıca xəbərdarlıq etmişdilər. Xüsusilə İstanbul, Çanaqqala boğazının yerləşdiyi Çanaqqala, İzmir və Muğlada şimşək çaxacağı, güclü külək əsəcəyi gözlənilir. Bəzi bölgələrdə yağıntının səviyyəsi hər kvadratmetrə 100 mm-ə çata bilər. m.Həmçinin yaşayış massivlərinin su basması və sel təhlükəsi var. (Tass)