Jurnalist Taker Karlson hesab edir ki, ABŞ Ordusu (quru qoşunları) səmərəsizdir, buna görə də 80 ildən artıq bir müddətdə heç bir böyük müharibədə qalib gəlməyib.
“Bu, korrupsiyadır, təsirsizdir. Əslində, bu, ölkəmiz üçün təhlükə ola bilər. Yeri gəlmişkən, ABŞ Ordusu 80 ildən artıqdır ki, böyük bir müharibədə qalib gəlməyib”, o, çərşənbə günü onun saytında yayımlanan videoda deyib.
Karlson qeyd edib ki, problem hərbçilərdə deyil, quru qoşunlarına komandanlıq edən insanlardadır. “ABŞ Ordusu əslində ona nəzarət edən insanlar tərəfindən məhv edilir ki, bu da millət üçün təhlükə yaradır”, – deyə jurnalist əlavə edib. (Tass)