Çexiya və ABŞ 24 ədəd F-35 səsdən sürətli döyüş təyyarəsi almağa dair razılığa gəlib. Bu barədə ČTK xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, sənədi respublikanın müdafiə naziri Yana Çernoxova və ABŞ-ın Çexiyadakı səfiri Bijan Sabet imzalayıblar. Müqavilənin ümumi xərcləri 150 milyard kron (təxminən 6,5 milyard dollar) təşkil edəcək. Bu, Çexiya ordusunun tarixində ən böyük maliyyə əməliyyatıdır.
İlk F-35-lər 2031-ci ildə Çexiyaya gələcək. Onlar 2035-ci ildə respublika Hərbi Hava Qüvvələri tərəfindən tam şəkildə qəbul ediləcək. Amerika qırıcıları 2069-cu ilə qədər milli hava məkanını qoruyacaq.
Döyüş təyyarələrinin alınmasını Çexiya hökuməti ötən ilin sentyabrında təsdiqləyib. (Tass)